Vaxtında və düzgün hesabatlar verərək biznesinizi hüquqmaliyyə risklərindən qoruyun!

Lisenziya, Sertifikat və İcazələrin Alınması

Fəaliyyət növünün müəyyənləşdirilməsi və hüquqi tələblərin analizi

Planlaşdırılan fəaliyyətinizə uyğun olaraq hansı lisenziya, sertifikat və ya icazələrin tələb olunduğunu araşdırırıq.

 

Sənədlərin hazırlanması və toplanması

Müraciət üçün lazım olan ərizə formaları, təsis sənədləri, texniki hesabatlar, maliyyə arayışları və digər zəruri materialları düzgün şəkildə tərtib edirik.

 

Dövlət orqanları ilə əlaqə

İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, aidiyyəti sertifikatlaşdırma qurumları və digər icazəverici orqanlar qarşısında sizi təmsil edirik.

 

İcazə prosesinin izlənməsi

Müraciətinizin icra vəziyyətini mütəmadi olaraq yoxlayır və hər mərhələ barədə sizi məlumatlandırırıq.

 

Nəticənin rəsmiləşdirilməsi

Lisenziya, sertifikat və icazələr əldə edildikdən sonra onların hüquqi qüvvəyə minməsi və istifadəyə hazır olması üçün bütün son mərhələləri tamamlayırıq.

Konsultasiya al