Vaxtında və düzgün hesabatlar verərək biznesinizi hüquqmaliyyə risklərindən qoruyun!

MMC Nədir? MMC Necə Yaradılır? – MMC Yaradılması 2025

MMC Nədir? MMC Necə Yaradılır? – MMC Yaradılması 2025

MMC Nədir?
Yeni biznes yaradarkən çox sahibkarın qarşısına çıxan əsas sual: MMC nədir və necə yaradılır?Məhdud Məsuliyyətli Cəmiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa (05.02.1998-ci il tarixli, № 424-IQ) əsasən, MMC – bir və ya bir neçə təsisçi tərəfindən yaradılan, nizamnamə kapitalı bölünmüş, öz öhdəlikləri üzrə yalnız öz əmlakı ilə cavabdeh olan kommersiya hüquqi şəxsidir. Qanunun Maddə 2.1-də qeyd olunur ki:

“Cəmiyyətin iştirakçıları cəmiyyətin öhdəliklərinə görə cavabdeh deyillər və cəmiyyətin fəaliyyətində iştirak payları ilə məhdud məsuliyyət daşıyırlar.”

MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) sahibkarların maliyyə və hüquqi məsuliyyətini qoruyaraq biznes fəaliyyətini rəsmi şəkildə aparmağa imkan verir. Davidov Consulting komandası təklif etdiyi MMC yaradılması xidməti ilə bütün bu prosesi asanlaşdırır, sənədləri düzgün hazırlayır və qanunvericiliyə uyğun təqdim edir. 

MMC Yaradılması Prosesi

MMC yaradılması “Dövlət qeydiyyatı və hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanun“Mühasibat uçotu haqqında” Qanunla tənzimlənir. Təsis prosedurunda əsas mərhələlər bunlardır:

1. Təsisçilərin müəyyən edilməsi

MMC bir və ya bir neçə fiziki və ya hüquqi şəxs tərəfindən yaradıla bilər.
Maddə 3.1: “MMC-nin iştirakçılarının sayı 50 nəfərdən artıq ola bilməz.”

2. Nizamnamənin hazırlanması

MMC-nin hüquqi əsası Nizamnamədir. Burada şirkətin fəaliyyəti, idarəetmə forması, pay bölgüsü və hüquqi məsuliyyətlər müəyyən olunur.

3. Nizamnamə kapitalı

Azərbaycan qanunvericiliyinə görə MMC-nin minimal nizamnamə kapitalı 10 manatdır.
Maddə 19.2: “MMC-nin nizamnamə kapitalı təsisçilərin qərarı ilə müəyyən olunur, lakin qanunla müəyyən edilmiş minimumdan az ola bilməz.”

4. Dövlət qeydiyyatı

MMC təsisi üçün müraciət Ədliyyə Nazirliyi və ya ASAN Xidmət vasitəsilə aparılır.
Qeydiyyat “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanunun 8-ci maddəsinə əsasən həyata keçirilir.

5. Vergi uçotu və ƏDV qeydiyyatı

MMC təsis edildikdən sonra Vergilər Nazirliyində vergi uçotuna alınmalıdır.

  • Əgər MMC-nin dövriyyəsi illik 200,000 manatdan çoxdursa, həmin şəxs avtomatik olaraq ƏDV ödəyicisi olur.
    Bu, Vergi Məcəlləsinin 155.1-ci maddəsində öz əksini tapır.

 

MMC Yaradılması Xidmətinin Üstünlükləri

  • Hüquqi uyğunluq: Qanunvericiliyə uyğun təsis prosesi təmin edilir.

  • Sürətli və rahat prosedur: Sahibkar bütün mərhələləri mütəxəssislərimizin dəstəyi ilə problemsiz tamamlayır.

  • Sənəd hazırlığı və təqdimat: MMC təsisi üçün tələb olunan bütün sənədlər peşəkar komandamız tərəfindən hazırlanır.

  • Məsləhət və dəstək: MMC yaradılması zamanı bütün hüquqi və maliyyə sualları cavablandırılır.

 

MMC Yaradılması və Mühasibatlıq Xidməti

MMC təsis edildikdən sonra düzgün mühasibatlıq xidməti  vergi uçotu qurmaq vacibdir. 

Davidov Consulting olaraq təklif etdiyimiz xidmətdə:

  • Vergi hesabatlarının hazırlanması təmin edilir;

  • Vergi bəyannaməsinin verilməsi vaxtında həyata keçirilir;

  • Maliyyə şəffaflığı və risklərin azaldılmasını təmin edilir.

Yekun:
MMC yaradılması sahibkarlar üçün həm hüquqi, həm də maliyyə baxımından rahatlıq təmin edir. Davidov Consulting komandası olaraq, biz MMC təsisinin bütün mərhələlərində həm şirkətlərə hüquqi dəstək həm də mühasibatlıq xidməti təqdim edirik və biznesinizi problemsiz şəkildə fəaliyyətə hazırlamaq üçün konsaltinq həyata keçiririk.

Teqlər :

Paylaş :

Konsultasiya al